اکنون که گشاد گل گریباندست من و دامن گلستان

بی‌بادهٔ زر فشان نباشمچون باد شده است عنبرافشان

خاصه که به هر طرف نشسته استصد باربد از هزار دستان

از شاخ شکوفه ریز گوئیکرده است فلک ستاره باران

آن رنگ سیاه لاله ماناکاندر دل مشتری است کیوان

در پیکر باغ شکل نرگسچشمی است که ریخته است مژگان

بر قامت گل قبای اطلسزربفت نهاده گرد دامان

با هم گل و سبزه و بنفشهچون قوس قزح به رنگ الوان

وقت طرب است و روز عشرتایام گل است و فصل نیسان

زین پس من و آستین پر زرخاقانی و آستان جانان

در باغ ثنای صاحب الجیشچون فاخته ساخته است الحان

فهرست دول موفق الدینکز خط سعادت اوست عنوان

عبد الغفار کز کمالشدر کتم عدم گریخت نقصان

بر نطع جلال نه فلک راشش ضربه دهد ز قدر و امکان

ارجو که مرا به دولت اودشوار زمانه گردد آسان

Gül indi ki, yaxasını açıb, gülür fərəhlə,Ətəyini əllərimdən çəkə bilməz gülüstan.

Görürəm ki, hər tərəfə külək ətir saçandır,Qızıl səpən peymanədən ayrılmaram mən, inan.

Bülbüllərdən yüz Barbəd əyləşib hər tərəfdə,Bahardakı gözəlliyə qoşurlar min dastan.

Ağacların çiçəkləri töküldükcə budaqdan,Ulduzları sanki səpir sinəsindən asiman.Lalədəki qara xalı görüncə, zənn edirsən,Müştərinin sinəsində qərar tutmuşdur Keyvan.

Bağda bitən nərgizlərə əgər nəzər yetirsən,Görərsən ki, gözdür onlar, çatmayır təkcə müjgan.

Gülün indi geyindiyi atlas dona fikir ver,Ətəyinə haşiyələr vurulmuşdur qızıldan.

Göyərtiyə, bənövşəyə, bir də gülə nəzər sal,Onlar da göy qurşağı tək boyanmışdır al-əlvan.

İndi şadlıq zamanıdır, indi fərəh vaxtıdır,Bahar fəsli, gül fəslidir, xoş zamandır bu zaman.

Bundan belə ətəyimi dolduraraq dürr ilə,Cananımın qapısından ayrılmaram bircə an.

O şöhrətli sərkərdənin mədh, tərif bağında,Mən nəğmələr oxuyuram qumru kimi durmadan.

Xoş iqbalın ünvanıdır bu gün Müvəffəqəddin,Əbdülqəffar, - odur neçə dövlətlərə hökmran.

Kamalının, tədbirinin sayəsində cahanda,Ortalıqdan qalxdı bütün yaramazlıq və nöqsan.

Cəlalının nərdi üstə doqquz qatlı fələyə,Qabaqca o altı oyun bağışlayır hər zaman.

Onun böyük kəraməti sayəsində, istərəm,Zəmanənin hər müşkülü mənə olaydı asan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring