دل عاشق به جان فرو ناید
دل عاشق به جان فرو نایدهمتش بر جهان فرو ناید
خاکیی را که یافت پایهٔ عشقسر به هفت آسمان فرو ناید
ور دهد تاج عقل با دو کلاهسَر عاشق بدان فرو ناید
عشق اگرچند مرغ صحرائی استجز به صحرای جان فرو ناید
سالها شد که مرغ در سفر استکه به هیچ آشیان فرو ناید
حلقهٔ کاروانِ عشق آنجاستکه خرد در میان فرو ناید
عاقبت نیز جز به صد فرسنگز آن سوی کاروان فرو ناید
تو ندانی که چیست لذت عشقتا به تو ناگهان فرو ناید
عشق خاصِ کس است خاقانیبه شما ناکسان فرو ناید
عشق داند که قحطسالِ کس استزان به کس میهمان فرو ناید
Yerləşməz aşiqin ürəyi cana,
Hümməti sığışmaz bütün cahana.
Eşqin məqamını dərk edən insan,
Baş əyməz o yeddi qat asimana.
Ağıl versə ona tac, külək papaq,
Aşiq boyun əyməz belə ehsana.
Eşq çöl quşudur, hər yeri gəzsə,
Qayıdar can adlı bir biyabana.
Lakin, illər keçdi, bu quş hey gəzir,
Hələ də qonmayır bir aşiyana.
Sövda karvanına mənzil o yerdir,
Ki, ağıl girməsin orda meydana.
Rahatlıq yüz ağac uzaqda qalmış,
Nə qədər can atsa, çatmaz karvana.
Eşqin ləzzətini sən nə bilirsən?
Hələ o salmamış səni heycana.
Xaqani, mərdlərin məhrəmidir eşq,
O nəsib olmayır namərd olana.
Məhəbbət bilir ki, əhl adam yoxdur,
Onunçün meyl etmir heç bir insana.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-126
Use ← → keys to move, R for a random poem