بوی وفا ز گلبن عالم نیافت کس
بوی وفا ز گلبن عالم نیافت کستا اوست اندر او دل خرم نیافت کس
منسوخ کن حدیث جهان را که در جهانهرگز دو دوست یکدل و همدم نیافت کس
آن حال کز وفای سگی باز گفتهانددیری است تا ز گوهر آدم نیافت کس
در ساحت زمین مطلب کیمیای انسکهاندر خزانههای فلک هم نیافت کس
چندین مگوی مرهم و مر هم که هرکه بوددر خستگی فرو شُد و مرهم نیافت کس
در چار بالش عدم آی از بساط کونکهاینجا دم مراد مسلم نیافت کس
چون قفل و پره آلت بند است روز و شبزان لاجرم کلید درِ غم نیافت کس
خاقانیا ز عالم وحشت مجوی انسکهانفاس عیسی از دم ارقم نیافت کس
Vəfa ətri bağışlarmı gülündən bir kəsə aləm?
Cahan durduqca olmaz,olmamışdır bir könül xürrəm.
Söz açma, gəl, bu aləmdən, tapılmaz onda heç bir vaxt,
İki dost ki, ürəkdən bir, sözündən bir ola həmdəm.
İtin sabit vəfasından söz açmışlarsa insanlar,
Nə vaxtdandır görən yoxdur vəfalı bir bəni-adəm.
Vəfanın gövhərini yer üzündə gəzmə bihudə,
Onu göy xəznəsində axtaran olsa, tapılmaz həm.
Nə bir dərman, nə bir məlhəm bu aləmdən təmənina et,
Hərə bir xəstəliklə getdi, heç kəs tapmadı məlhəm.
Bu varlıq aləmindən qaç, ədəm təxtində sən əyləş,
İnan, heç kim bu mənzildə murada yetməmiş bir dəm.
Gecə olmuş qıfıl, gündüz rəzə bu qəmli məhbəsdə,
Tapılmaz bir açar, məhbəs açılsın,.ta dağılsın qəm.
Bu vəhşət aləmində gəzmə, ey Xaqani, ünsiyyət;
İlan ağzında İsa möcüzündən kimsə vurmaz dəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-203
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı