مه نجویم، مه مرا روی تو بسگل نبویم، گل مرا بوی تو بس

Ay nə lazım, sən kimi məhru kifayətdir mənə,Gül nə lazım, sən kimi xoşbu kifayətdir mənə.

عقل من دیوانهٔ عشق تو شدبندش از زنجیر گیسوی تو بس

Sevgilim, əqlim olubdur eşqinin divanəsi,Çəkmə zəncir fikri, ol geysu kifayətdir mənə.

اشک من باران بی‌ابر است لیکابر بی‌باران خم موی تو بس

Göz yaşımdırsa buludsuz bir yağış yağdırmayan,Bir buludtək zülfü-ənbərbu kifayətdir mənə,

آینه از دست بفکن کز صفاپشت دست آئینهٔ روی تو بس

Hüsnünü seyr etməyə yox ehtiyac ayinəyə,Əllərintək bir zərif güzgü kifayətdir mənə.

رنگ زلفت بس شب معراج منقاب قوسینم دو ابروی تو بس

Zülfünün rəngi mənim mərac gecəmdir, şübhəsiz,Qabə qövseynin - iki əbru, kifayətdir mənə.

طالب ظل همائی نیستمسایهٔ دیوار در کوی تو بس

Ehtiyacım yox, nə lazımdır hümanın kölgəsı,Sayeyi-kuyində olsam, bu kifayətdir mənə.

آسمان در خون خاقانی چراستکاین مهم را نامزد خوی تو بس

Qəsd qılmış tökməyə Xaqaninin qanın fələk,Qətlim üçün sən kimi dilcu kifayətdir mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love