زآتش اندیشه جانم سوخته است
زآتش اندیشه جانم سوخته استوز تف «یا رب» دهانم سوخته است
از فلک در سینهٔ من آتشی استکز سر دل تا میانم سوخته است
سوز غمها کار من کرده است خامخامی گردون روانم سوخته است
شعلههای آه من در پیش خلقپردهٔ راز نهانم سوخته است
دولتی جستم، وبالم آمده استآتشی گفتم، زبانم سوخته است
دیدهای آتش که چون سوزد پرند؟برق محنت همچنانم سوخته است
شعر من زان سوزناک آمد که غمخاطر گوهرفشانم سوخته است
در سخن من نایب خاقانیمآسمان زین رشک جانم سوخته است
Fikir, xəyal odundan tutuşub, canım yanıb,"Allah, Allah" deməkdən axır dəhanım yanıb.
Fələk mənim sinəmə elə bir od vurub ki,Ürəyimdən od alıb, tabü təvanım yanıb.
İşlərimi zay etdi mənim bu can yanğısı,Fələyin xamlığından ruhi-rəvanım yanıb.
Ahımın şöləsindən, xalqın gözü önündəPərdədə saxladığım sirri-nəhanım yanıb.
Mən dövlət axtarırdım, zillət çıxdı qarşıma,Dedim: - Odsan, - bu sözü deyən zəbanım yanıb.
Görmüşsən od yandırar necə nazik ipəyi?O cür, qəm şimşəyilə mənim ərkanım yanıb.
Şerim əgər od salar qəlbə, səbəb odur ki,Gövhər saçan xatirim, təbi-rəvanım yanıb.
Söz mülkünün naibi Xaqaniyəm, həsəddənGöylər mənə qəhr edib, alışıb, canım yanıb.
16
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-29
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İki aləmdə sultandır qələndər,Qədim küfrü imandır qələndər.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm