Təvəccoh kərdəne-aşeq besuye-vəsle-mə’şuq (Aşiqin Mə’şuqənin vəslinə diqqət yetirməsi)
Qıldım yazuban sözü vərəquş,Biəql yeridim anda, bihuş.Şad idim vücudum, oynar idi,Can həsrət odunda göynər idi.Səbr etmək idi tənimdə canım,Axmazdı həvəslə rəgdə qanım.Varmazdı ayaqlarım zi həsrət,Görməzdi gözüm yolu zi heyrət.Xoş yoldur o kim, ulaşa ba yar,Mənzur ola ana ruyi-dildar.Xoş varə qədəm be suyi-dilbər,Mənzil ana bola kuyi-dilbər.Bixud yerir idim edib əfğan,Əz buyi-şərabi-vəsli-canan.Tən canı yetirdi hər neçük var,Gördüm çü pəri besəhni-gülzar.Bir şəkl göründü, bir şəmayil,Əqlim ilə huşum oldu zayil.Bisəbrü qərarü huş düşdüm,Qıldım meyi-vəsli nuş, düşdüm.Dilbər yanıma gəlib oturmuş,Nazik dizinə başım götürmüş.Vermiş ləbin ağzıma çü sordum,Açdım gözümü, yüzüni gördüm.Başdan yenə getdi ah edib əql,Həm huş yerindən eylədi nəql.Əmzirdi ləbi-pür əz həyati,Tapdı yenə dil bər əz nicati.
Şirin dodağilə toxdadı can,Ölürmi içənlər abi-heyvan?Açdım yenə çün gözümni nagah,Görəndə dedim ki, həmdülillah.Bu sənmisən, ey nigari-məhru?Ta xeyli-xəyalım olmasun bu?Vəslin anuban ola könül xoş,Mə’nidə xəyal ola əlim boş.Bihuş könül çü gəldi ba huş,Aldım anı can kimi dər ağuş.Kam aldı bu dil be buseyi-çənd,Lə’lindən əmirdi şəkkərü qənd.Gəh yüzün öpüb, gəhi ləbanın,Gəh lə’lin əmib, gəhi zəbanın,Gəh zülfin edirdim əldə dəstə,Gəh said olub, gəhi xocəstə.Gəh ağzım ilən dutub dilini,Gəh qolum ilən qucub belini.Gəh hüsni təki vüsalə məğrur,Gəh çeşmi misalı məstü məxmur.Gəh payinə döşəyib yüzümni,Gəh heyrət ilən görüb özümni.Gəh sinə qoyub bu sinəsinə,Ikram edər idi sinə-sinə.Gəh zülfi təki öpüb ayağın,Dişlib çü məgəs gəhi dodağın,Gəh qucar idim belin kəmərvar,Gəh dişlər idim dilin səmərvar.Gəh kəfşinə can olurdu qurban,Gəh yaşım ana gedirdi ğəltan.Gəh boynuna qolum eyləyib piç,Lə’lin qıc edib, dəhanını miç.Gəh qaşına can olurdu qurban,Gəh oxuna cism olurdu qalxan.Gəh tökər idi du didə CeyhunDişlib dodağın olurdu pür xun.Gəh ruzi-fəraqi fikr edirdim,
Gəh vəsl güninə şükr edirdim.Gəh zülfi təki boyundan aslu,Gəh kəfşi təki ayağda yaslu.Gəh hali-dilim qılıb təfəkkür,Derdim neçə beyti dər təhəyyür.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-teveccoh-kerdene-aseq-besuye-vesle-me-suq-asiqin-me
Use ← → keys to move, R for a random poem
More by this author
Bu vəhşət ilən ki, baxar idim,Vəhşətdə könülni yaxar idim.
Baz gəştəne-aşeq əz dəre-mə’şuq be tələbe-səba (Aşiqin səbanı tapmaq üçün mə’şuqənin qapısndan geri qayıtması)Allaha şükür qılub yer öpdüm,Bulmağa Səbanı yola qopdum.
Şe’r berəsme-tə’rife-cəba (Səbanı tə’rif yolu ilə şe’r)Dedim ki, əya Səbayi-xoşdəm,Xublar hərəminə yarü məhrəm.
Rəftəne-səba bexabqahe-xod ke fərda beyayəd (Sabah gəlmək üçün Səbanın öz yatağına getməsi)Dedim ki, əya qamudan uli,Oldu bu sözə könül təsəlli.
Poems by other poets · Love
Ələkbər Tağıyev bəstələmişdir*Ay sevgilim, çağır məni,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
NeyləyimKönül, sevən dost bağına vara bilməm, neyləyim?Açılıbdı taza güllər, dərə bilməm, neyləyim?
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür