Yadıma mənim zi fikr əksərGəlməzdi hüruf şəkli əzbər.Yar ilə özüm müqabil etdim,Yazmağa özümni qabil etdim.Əqlimə dedim ki, hazir olgil,Gözümə dedim ki, nazir olgil.Bir dəm dedim, ey qərarım əylən,Getmə bu gün ixtiyarım, əylən.Ey səbr, dedim bu gün cəmil ol,Bir dəm dedim, ey süxən dəlil ol.Gözümə dedim ki, tərki-xab et,Qoy fikri-xətayi, bir səvab et.Dedim ki, qələm, yüzün siyah et,Yusif tək özün beqə’ri-çah et.Dedim: – Sağ əlim, al imdi xamə,Dedim: – Sol əlim, dut imdi namə.Qıldı sözümü qamusu məqbul,Lövhi-dilim oldu eynə mənqul.Yondum qələmi, dilini dəldim,Həm yonub anın yüzüni sildim.Lövh üstə sürüb bu başın anın,Tökdüm vərəq üstə yaşın anın.Kafurə qarışdı müşkü ənbər,Bilməzdi hürufi fikrim əzbər.Zülfin anuban çü “cim” yazdım,Ağzını ananda “mim” yazdım.

Yazdım pitigi “əlif”, “he” yazdım,Almamış ikən anı “xe” yazdım.Eynini ananda “sadı” çəkdim,Xal üstə gözündə “zadı” çəkdim.“Rey” yazdım ananda şəkli-qaşın,Çeşmim həvəs ilə tökdü yaşın.“Lam” oldu beşəkli-zülfi-hindu,“Nun” hərfi çəkildi şəkli-əbru.Çəkdim bir “əlif” çü qaməti yar,Yazdım xəmi-qəddimi digərbar.Piçidə qılub oları bahəm,Yazdım bilə lam əlifni ba həm.Bu növ ilə hərfi cümlə yazdım,Bir nöqtə demən ki, sözdə azdım.Dilim dutulur gəh əz təhəyyür,Ğəm könlüm ara qomaz təfəkkür.Yazdım pitigi qamu sərasər.Dutdum anı qarşuma bərabər.Oxudum anı ki, qalmaya şək,Nəqs oldu gümani-zayidi-hək.Kəsdim qulağın türabə tökdüm,Çərtib yüzinə donunu bükdüm.Hər növ ilə bari yazdım anı,Dedim ki, Səba bu dəmdə xanı?Kim, gələ apara namə yarə,Bir mərhəm ola bu dilfikarə.Gəldi qulağıma sazi-bülbül,Şəb pərdəsin açdı çöhrədən gül.Sübh oldu, dedim irişmədi bad,Üşşaqi məgər çıxardı əz yad?Miskin dil edirdi dəm-dəm ahi,Gözlərdi gözüm begiryə rahi.Gördüm ki, Səba irişdi nagah,Görgəc anı dərdəm eylədim ah.Dedim: – Sana təhsin, ey vəfadar,Oldun yenə canıma mədədkar.Gəl şimdi apar nigarə peyğam,

Ta bola fəqirə vəsli ən’am.Gəldivü əlimdən aldı məktub,Əzm etdi, yeridi suyi-məhbub.Aydır ki, bizimlə bağla hümmət,Yar etmiyə ta bu işdə höccət.Dedim ki, yeri, xuda biləncə,Ər hümməti həm dua biləncə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love