Badi-səba, mənim dərdi-dilimi
Badi-səba, mənim dərdi-dilimiOl büti-zibayə dedin, nə dedi?Ahü naləm asimana yetdiyinGərdəni minayə dedin, nə dedi?
Düşüb ayağına sən o zalımınSöylədinmi necəliyin halımın?Onun həsrətindən rəngi-alımınDöndüyün heyvayə dedin, nə dedi?
Görsə idin, varmı məni bimarəNüsxeyi-hüsnündə onun bir çarə;Dildə iztirabə, təndə buxarə,Sərimdə sevdayə dedin, nə dedi?
Qəm əlindən payi-bəstə olduğum,Halpərişan, dil şikəstə olduğum,Bəstəri-möhnətdə xəstə olduğum,Gözləri şəhlayə dedin, nə dedi?
Sərasər fələyin şəmsü mahına,Tamam yer üzünün qiblegahına,Zakirin əhvalın xublar şahınaAğlaya-ağlaya dedin, nə dedi?
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-badi-seba-menim-derdi-dilimi
Use ← → keys to move, R for a random poem
More by this author
Sən gedəndən bəri, ey üzü dönmüş,Gözlərəm oturub yol qabağında;
Sən gedəndən bəri, ey çeşmi xumarSən gedəndən bəri, ey çeşmi xumar,Əzəl gözlərimin xabı çəkildi.
Sən sadə gözəlsən, qoyma, sevdiyimSən sadə gözəlsən, qoyma, sevdiyim,Məşşatələr bəzək taxta üzünə,
Səri-zülfün kimi titrər ürəyimSəri-zülfün kimi titrər ürəyim,Gələ-gör ki, səri- muyin istərəm.
Poems by other poets
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
سرو قدی شکر لبی گلرخ غالیه کلهجان مرا به صد زبان زآن رخ و غالیه گله
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,