Gəzmişəm cahanı mən, görməmişəmSənin kimi gözəl ellər içində.Bərabərin yoxdu hurü paridə,Tək düşübsən mələk-mənzər içində.

Fətilə-fətilə tökülüb telin,Aparır ləzzəti o incə belin.Sədəf dəhanında nisbətdir dilinMüqəşşər badama şəkkər içində.

Zərrocə eyib yox ay yanağında,Qaşında, gözündə, tər buxağında;Sənəmlər oturmuş solu sağında,Sən məhi-tabansan ülkər içində.

Şuai-şəmsdir cəsədin, canın,Aparıbsan əqlin şahü gədanın;Tər sinədə guya bəyaz püstanınHübabdır eyni kövsər içində.

Ey səxa mədəni, ey kərəm kanı!Neçün tanımazsan yaxşı-yamanı!Bu qədər qulun var dərində, hanıZakir tək vəfalı çəkər, içində?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets