Gecə-gündüz həsrət çəkən gözlərim!Səbr eylə, yetirrəm dildarə səni.Necolsa sürtərəm xaki-payinəO şuxun, yalvara-yalvarə səni.

Müddətdi görünməz ol cəmalı gün,Çəkilib köksümə yüz dağü dügün.Ya ölərəm, ya da yetirrəm bu günO iki nərgisi-bimarə səni.

Qan tökərsən birdən ayrı düşəndə,Xəlq içrə abi-ru qoymadın məndə;Dəxi bir də gətirmərəm gələndə,Tapşırram türreyi-tərrarə səni.

Hər yerdə ki, görsən bir səhi gərdən,Əqlini, huşunu aparır sərdən;Bir adam yoxdu ki, bu bəlalərdənÇıxarıb bir kərrə qurtara səni.

Baxa-baxa xalü xəttə, üzarə,Zakirin gününü eylədin qarə;Bir dərdə salıbsan, tapılmaz çarə,Görüm ki, olasan biçarə səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets