Laçın gözlüm, səndən cüda düşəli
Laçın gözlüm, səndən cüda düşəli,Abi-rəngim qaçıb ağulanmışam.Dönə-dönə yanıb canım-cigərim,Eşqin ateşinə ağulanmışam
Dərs alıb oxudum yazığam mana,Qış möhnət çəkdirir, yazığam mana,Ver şəfa ləbindən yazığam mana,Zəhri-fəraqınla ağulanmışam.
Yaslanıram kəlbin kimi dəryaya,Xəstə cismim şəfa tapa, dəryaya,Tut əlimi qərq olmuşam dəryayaZovrəqim sınıbdır ağulanmışam.
Hicr əlindən pərişanəm üzüldü,Qara bəxtim zülfün kimi üzüldüDərdü qəm çəkməkdən canım üzüldü,Ömür keçib, indi ağulanmışam.
Mən Zakirəm dilim dönməz hər ada,Göz yaşım tək ola bilməz hər ada,Bir yol deməz görün qalıb hər adaMüddətdi dərində ağulanmışam.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-lacin-gozlum-senden-cuda-duseli
Use ← → keys to move, R for a random poem
More by this author
Kilki-qüdrət ilə katibi-qəza,Maşallah, əcəb gözü qaş çəkib!
Gecə-gündüz həsrət çəkən gözlərim!Gecə-gündüz həsrət çəkən gözlərim!Səbr eylə, yetirrəm dildarə səni.
Gecə-gündüz canan deyib ağlaramGecə-gündüz canan deyib ağlaram,Yarəb, belə bilirmola yar məni?
Gəzmişəm cahanı mən, görməmişəmGəzmişəm cahanı mən, görməmişəmSənin kimi gözəl ellər içində.