Mənim yanağımda gördüyün çapıq,Gözümdən tökülən yaş yarasıdı.Mənim ürəyimdə duyduğun ağrıDüşmənin atdığı daş yarasıdı.

Açmır ürəyimi açılan səhər,“Əcəl köhlənində hazırdı yəhər”1.Bu gün içərimi yandıran zəhər,Nə vaxtsa yediyim aş yarasıdı.

Doldurub ağını, içirib tası,Kəmfürsət hamıya çəkdirib yası.Ucalar həmişə baş ucaldası,Alçaqlar həmişə baş yarasıdı.

2002, 27 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets