Heyif sənə, gözəl dünya
Sənə lap yazığım gəlir,Heyif sənə, gözəl dünya.Dərdin yığın-yığın gəlir,Heyif sənə, gözəl dünya.
Belə deyildin əzəldən,Gözəl idin hər gözəldən.Ölüb dünyanı düzəldən,Heyif sənə, gözəl dünya.
Fırlatdılar, hərlətdilər,Yorta-yorta çərlətdilər.Çirkab atıb kirlətdilər,Heyif sənə, gözəl dünya.
Pis yaxşını ram eylədi,Halalı haram eylədi.Çirkinlər bayram eylədi,Heyif sənə, gözəl dünya.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-heyif-sene-gozel-dunya
Use ← → keys to move, R for a random poem
More by this author
Axıtdın sevincin selində məni,Qəlbim gözündəki axına düşdü.
ŞöhrətYaşatdı dünyada qüdrəti qədər,Hər kəsi özünün imzası, adı.
QəzəlHara düşdü Şəhriyarım, ax, diyar görmək istərəm,Haqq diyarımtək orada da haqq diyar görmək istərəm.
QəzəlAnam desə oğlum hanı, eşq oduna yandı deyin,Eşqin yolunda ölməyi bir ölməzlik sandı, deyin.