Yenə də öz yerindədicığır, çəhlim, gədik, yamac.Yenə də öz yerindədibinə, yataq, örüş, arxac.Yenə də öz yerindədiəlvan meşə, məğrur ağac.Bircə mənəm özkökündən qopub uzaqlara düşən.Ət dırnaqdan, kök budaqdan,baş papaqdan ayrı düşür.Köz ocaqdan, su bulaqdan,daş torpaqdan ayrı düşür.Əl pərdədən, barmaq simdən,qol çanaqdan ayrı düşür.Qan damardan, nəfəs candan,söz dodaqdan ayrı düşür.Necə dözür ürəyinəhəsrət adlı yara düşən?Baş yastığa gələn günüdil deməyə sonası yox,Haray çəkib ana desə,“gəldim” – deyən anası yox.Külək əssə uçasıdı,özülü yox, binası yox.Təsəllini nədə tapır,qürbət eldə dara düşən?!

2002, 28 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation