Dünyanın heç bir ölkəsində Amerikadakıqədər nəhəng ağaclar görməmişəm

Elə bil göylərə meydan oxuyur,Qarlı zirvələrlə bu tən ağaclar.Kökü qayaların qatından keçən,Başı fələklərə yetən ağaclar.Maşınla keçirik göy meşələrdən,Bir-bir xəyalımda dağtək canlanır,Bir-bir gözlərimdən itən ağaclar.Bir yarpaq salsalar qiyamət qopar,Vətənin özütək müqəddəsləşib,Bu torpaq ağaclar, vətən ağaclar.Kökü torpaq olar, qır ola bilməz,Cılız ola bilməz, cır ola bilməz,Belə bir ölkədə qayğılar görüb,Belə bir ölkədə bitən ağaclar.

2001, iyun Vaşinqton

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland