Bu dağdan ürəyimdə,Bir çəmən aparıram.Bir az duman götürüb,Bir az çən aparıram.

Ucaldım zirvələrtək,Hər gün ucalmaq gərək.Ürəyi dolu, kövrək,Ruhu şən aparıram.

Özüməm çiçək dərən,Özüməm çələng hörən.Dağda nə qalır görən,Dağı mən aparıram!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring