Aralı
Dolansa da sinəsində göylərin,Yuva qurmaz quş budaqdan aralı.Nəğmələr var ürəyimdə, qanımda,Bulaq olmaz gur bulaqdan aralı.
Bağçamızın beşi heyva, üçü nar,Yada düşdü o kölgəlik, o çinar.Könlüm yenə yarpaq kimi uçunar,O çiçəkdən, o yarpaqdan aralı.
El-obadan çəkilərmi nəzərim,Onsuz mənim nə bəxtim var, nə zərim.Eldən ayrı necə yanım, közərim,Göz olarmı gur ocaqdan aralı?!
Divar nədir, özül bilər, him bilər,Mizrab nədir, pərdə bilər, sim bilər.Zəlimxanı kim tanıyar, kim bilər,Bu Vətəndən, bu torpaqdan aralı!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-arali
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Bülbülün xatirəsinəNə səni dindirdi ölüm,nə bizi,
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Məhəbbət yaşa baxmırMus: Oqtay Kazıminindir*Deyirsən ki, sevirəm,