Azadlıq deyəndə göyə baxıram,Görəsən göylərdə quş azaddımı?Quşun xəyalından nə keçir görən,Beyin azaddımı, baş azaddımı?

Nə yanmaq, nə sönmək öz hökmündədi,Kiməsə əsirdi, şam azad deyil.Dünyanın ən azad adamı kimdi,O da bu dünyada tam azad deyil.

2009, 25 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets