Dərd əzə bilmədi şah vüqarını,Əzdi qəzəbiylə dərdi babalar.Namərdə tuşladı güllələrini,Sevdi, əzizlədi mərdi babalar.Bir el qulaq asdı bir ağsaqqala,Dar günə köksünü gərdi babalar.“Tökdüyü yaşlara şeh dedi, getdi”,Ömrünü torpağa verdi babalar.Gözünün yaşına şeh deyənə bax,Yamanda yaxşını gördü babalar.Ot kökü üstündə bitər, demişlər,Ərdən törəmişdi, ərdi babalar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland