Məzardan dur, cövlan eylə, açılıbdır yaz, ey Vaqif!Sən coşa gəl bülbül kimi, gözəl çəksin naz, ey Vaqif!Könül coşsun, ruh oynasın, xəyal yeldən qanad taxsın,Çal! Bir də çal, dilə düşsün sinəndəki saz, ey Vaqif!Gərək təbiət verəydi sənə yüz insan ömrünü,Bircə ömür eşqin üçün az deyilmi, az, ey Vaqif!Odlu şair xəyalından küsər bugünkü gözəllər,Qələm götür, ilhama gəl, onlar üçün yaz, ey Vaqif!Deyir-gülür, bayramıdır Azərbaycan torpağının,Bu günləri gözünlə gör, gəl eylə pərvaz, ey Vaqif!

1968, 29 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland