Bir hörmət elədin, bu hörmətinləBaşımın qaxıncı hazırlanırmış.Sən əlbir olanda nifrətlə, kinlə,Boynumun qılıncı hazırlanırmış.

Dünya dağılmazmı qurd nəfəsiylə,Qulaq kar olmazmı bayquş səsiylə.Əlin oynasa da gül şirəsiylə,Zəhərli bir damcı hazırlanırmış.

Dedim, bala kimi döşə çəkirsən,Nə bilim, ətimi şişə çəkirsən.Sən demə, dərimdən köşə çəkirsən,Belimə bir qamçı hazırlanırmış.

1978, 25 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets