Nə yatdım, həyatda nə yuxu görəm,Tanrı varlığımı şikəst eylədi.Mənim pak ruhumu sağlam yaratdı,Mənim bədənimi şikəst eylədi.

Doğuldum, adıma Babək dedilər,Şöhrət verəmmədim o böyük ada.Mənim taleyimi, mənim baxtımı,Kövrək xatirətək gətirin yada.

Hamıya sağlamlıq arzularam mən,Heç kəsin canına dəyməsin qada.Heç kəsin balası göz görə-görə,Şikəstə dönməsin qoca dünyada.

2010, 30 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets