Me'mari-səraçeyi-ibarətBöylə bu evi qılır imarət:

Kim, seyrdən olmayıb təsəlli,Öz mənzilinə dönəndə Leyli

Vermişdi özünə dürlü zivər,Hər zivərə bir nəticə müzmər.

Ta məhv ola gözdən axıdan xun,Həm kömləyi, həm donuydu gülgun.

Ta kim, ola dudi-ahə manənd,Bağlanmış idi bənövşə sərbənd.

Ta kim, ola sövti-nalə pamal,Qullanmış idi sədalı xalxal.

Ta olmaya əşk üzdə məlum,Rüxsarına lö'lö idi mənzum.

Rə'na başa sərpübən ləçəklər,Nazik belə sancıban ətəktər,

Pərvanəsiz eyləməzdi şəm'in,Eylərdi diri-sirişk cəm'in.

Rə'na-rə'na yürürdü ol mah,Bir şəkl ilə kim, təbarəkəllah!

Ol əsrdə var idi ərəbdəBir mö'təbər əsldə, nəsəbdə.

Mənzuri-əazimü əali,Məqbuli-əkabiri-əhali.

İdrakı büləndü hüsni dilkəş,Ətvan xücestə, siyrəti xoş.

Vermiş Həq onun olan muradın,Bəxt İbni Səlam qılmış adın.

Ol türfə hümayi-övci-İqbal,Asudəzəmirü fariğülbal

Ov qəsdinə eyləmişdi pərvaz,Altında üqab, əlində şəhbaz.

Bir rahgüzərdə ol nigarəUğraşdı vü qıldı bir nəzarə,

Canü cigərində qalmadı tab,Mehv oldu, necə kim, odda simab.

Tərk etdi əziməti-şikan,Gəldi evə, getdi ixtiyarı.

Tərh etdi binayi-resmi-peyvənd,Tədbir ilə buldu bir xirədmənd

Kim, lütf ilə söz qılanda təqrir,Təqriri verərdi daşə təğyir.

İn'am edibən ona bəsi mal,Leyli tələbinə qıldı irsal.

Şərt eylədi ol büləndəxtərKim, olsa bu kami-dil müyəssər,

Sərf eyləyə gəncü mali-aləm,Cananə yolunda, bəlkə can həm.

Çün gəldi bu razi-dil bəyanə,Oldu ona razı atə-anə.

Ol Müştəriyə verildi Zöhrə,Şayəstə görüldü Mah Mehrə.

Çün İbni Səlamə yetdi peyğam,Tənbihi-nişatü müjdeyi-kam,

Dəryayi-nişatı gəldi mövce,Baş çəkdi nihali-bəxti Övcə.

Məxzən-məxzən cəvahir açdı,Xərmən-xərmən nisar saçdı.

Açdı dəri-gənci-gövhərü zər,Fəqr əhlini eydədi təvangər.

Ol sərvin ayağı bağlı oldu,Azado ikən adağlı oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets