Saqi, yenə qəsdi-can edər qəm,Ver cam ləbaləbü dəmadəm!

Bikəs qalıbam məni-səbükray,Sən eyləməsən mənə mədəd, vay!

Mən şiftənin pənahı olğıl!Bikəslər ümidgahı olğıl!

Cəhd eyləvü qılma bir işə əhd,Vər əhd eləsən, vəfaya qıl cəhd!

Şəmşiri-mübarizi-fəsanəBu rəzmdə böylə batdı qanə

Kim, var idi bir xücəstəfərcam,Ol əsrdə adilü nikunam,

Tiğilə məsaf müşkili həll,Mə'rufi-zəmanə, adı: Növfəl.

Həm eşq yolunda çox yügürmüş,Həm çox sitəmi-zəmanə görmüş.

Bəzmində misali-dürri-məknunBir gün oxunurdu şe'ri-Məcnun.

Qayətdə bəyəndi tərzi-pakın,Məzmuni-kəlami-suznakın.

Sordu sifətin, dedilər: "Ey şah,Aşüftə qılıbdır onu bir mah.

Rüsvalıq edib özünə pişə,Damü dəd ilə gəzər həmişə".

Növfəl qılıb arizuyi-Məcnun,Əshab ilə qıldı əzmi-hamun.

Bir guşədə gördü zarü məhcur,Halı nəsəqi-səlahdən dur.

Ətrafını teyrü vəhş almış,Vəhşət onu bir həsarə salmış.

Çün daireyi-sibaü hail,Qət' etdi, sipəh görüb səlasil.

Məcnuna yetişdi ol vəfadar,Asari-tələttüf etdi izhar:

"K'ey xəstə, nədir bu çəkdigin rənc,Viranədə zaye etdiyin gənc?!

Vəhşi nə bilir sənin məqamın?Həmcinslərindən istə kamın!

Hal əhlisən, istə əhli-hali,Səbralərə düşmə laübali.

Dövlət diləsən, hümaden istə,Gənc istəsən, əjdəhadən istə!

Qəm çəkmə ki, mən olunca qəmxar,Yarın sənə ənqərib olur yar.

Gər olsa zər ilə iş sərəncam,Yük-yük tökəlim zər, alalım kam,

Vər olsa qərəz məsafə möhtac.Biz qan tökəlim, sən eylə tarac.

Ancaq ola gör mənimlə həmdəm,Mən kim səninəm, sənindir ol həm".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets