Məcnun dedi: "Ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər cəhd,

Çox əhli-əzaim etdi tədbir,
Olmadı pəri bu divə təsxir.

Topraqlara töküldü çox zər,
Olmadı bi kimiya müyəssər.

Səndə bilirəm ki, lütf çoxdur,
Nə sud, çu məndə bəxt yoxdur?!

Sürmə, bilirəm ki, artırır nur,
Nə faidə, göz əgər ola kur?

İqbalıma yoxdur e'timadım,
Müşkül görünür mənim muradım.

Ah ər qılasan bu şüğlə iqdam,
Rə'yincə iş olmaya sərəncam,

Həm dustum olmaya mənə yar,
Həm düşmən ola nə dust kim var.

Bəxtim, bilirəm, mənim yamandır,
Sud istədigin mənə ziyandır.

Bəxtim sifətində bir qəzəl var
Daim qılıram mən onu təkrar:"

Bu qəzəl Məcnun-zarindir

Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.

Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.

Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfn,
Sefadan dəm uran həmdəmləri əhli-riya gördüm.

Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.

Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,
Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm.

Mənə göstərdi gərdun tirə bəxtim kövkebin yüz gəz,
Məni-bədbəxt ona hər gah kim baxdım, qara gördüm.

Fizuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate