Bakı haqqında düşüncələr
Bu şəhərdə dünya qəmi gəlmir eynimə,Könlüm elə fərəhlənib, gülmək istəyir.Bir nəğməkar dövlət quşu qonur çiynimə,Bu şəhərin nəğməsini demək istəyir!
Qız qalası dodağımdan düşməz sözümdü,Eşqi böyük, adı əziz, şöhrəti baha.Qoşa qala qapıları iki gözümdü,Dünənimdən boylanıram gələn sabaha!
Bəlkə elə “şəhər olmaz qalasız” deyən –Bir ananın laylasından yaranıb Bakı!?Sübh yelitək xoş xəbərlə qapımı döyənAzadlığın havasından yaranıb Bakı!
Dünya özü gözəl bilir müqəddəs şəhər,Əzəl gündən işıqlıdır eşqin, niyyətin.Ulduzların sayı qədər, hesabı qədər,Gözlərinə nur vermisən bəşəriyyətin!
Boğazımdan yapışanda cəlladın əli,Zülmətləri nur içinə boğan sən oldun!Qurd ürəkli, şir biləkli, pələng pəncəliMehdi kimi oğulları doğan sən oldun!
Atdığı daş öz nəslinin başını əzdi,Səni əzmək istəsə də, əzə bilmədi.Alçaqların fikri gəzdi, xəyalı gəzdi,Özü gəlib bu yerlərdə gəzə bilmədi.
Oğulların dodağında Bakı söhbəti,Yer üzünü qarış-qarış gəzər yorulmaz.Əziz saxlar ürəyində bu məhəbbəti,Nəğməsini oxumaqdan Xəzər yorulmaz!
Qonaq qardaş, bir heykəl var, önündə dayan,Yaxşı düşün hər sualı, sorğunu burda.Yerə vurğun, yurda bağlı, ellərə həyan,Özün dinlə Bakı haqda Vurğunu burda!
O “Bakının dastanı”nı varaqlayanda,Gör nə yazıb, nə düşünüb, nələr deyəcək.Bu yerlərin tarixini soraqlayandaNeçə ilin əvvəlindən xəbər deyəcək.
Bülbül qonub budaq üstə ötəndə dil-dil,Söhbətindən biləcəksən haradır Bakı!Divarları adi daşdan, kərpicdən deyil,Sarayları məhəbbətdən yaradır Bakı!
Yaz mehiylə sığallanar bağçası, bağı,Bu şəhərdə ömrümüzün bahar çağı var.Ataların oğul kimi cavanlaşmağı,Oğulların Qoşqar boyda ucalmağı var!
Olanda da Bakı kimi şəhərin ola,Sahilə bax, elə bil ki, ay parasıdır.Dağlar boyda dərdin ola, kədərin ola,Bu dalğalar, bu küləklər aparasıdır!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-baki-haqqinda-dusunceler
Use ← → keys to move, R for a random poem
More by this author
Özün də bilmirsən harda gizlənir,Çiçəyə bürünür, qarda gizlənir.
İlahi sevgilərQəlbində ocaq var, əlində od var,Mənə öz qəlbini, öz əlini ver.
Sən bilmədin mən kiməmBulud yardım, duman keçdim, dağ aşdım,Şimşək bildi, sən bilmədin mən kiməm.
Uçdum bir sevdanın qanadlarındaQışın şaxtasındagəldim dünyaya,
Poems by other poets · Homeland
Azərbaycan, Azərbaycan, şanlı yurdum, məskənimEy umudum, səadətim, təravətli, gülşənim!
Yurd həsrətiMən yurdumu andıqca dərindən,Qəlbim qopuyor sanki yerindən,
Nə varlıdı bu torpaqNə varlıdı bu torpaq;Burda quş dimdiyindən
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,