O vaxt hara, bu vaxt hara,Orda günün günortası,burda gecə tən yarıdı.Bu dəyişmə sənlik deyil,təbiətin qərarıdı.Uzaq-uzaq mənzilləriömür yolu seçirsənsə,Qalxıb hava gəmisinə,Bir qitədən havalanıbbaşqasına keçirsənsə,Dəyiş, dəyiş saatını!Yerli vaxtın qaydasınauyğunlaşdır həyatını.Çərxi döndər, pəri hərlə,Biləyində bax saata,əqrəbləri geri hərlə.Vaxtın zəhmi ağır olur,az qalır ki, ağıl çaşa.Hər oğulun ağzı deyilyerli vaxta uyğunlaşa.Zaman məndən inciməsin,mən saatı dəyişmərəm,Beş-on günün hesabınaƏlli ildir yaşadığımbir həyatı dəyişmərəm.Qürbət elə bilməsin ki,Yerli vaxta uyğunlaşıbzamanı çaş-baş salmışam.Bakı vaxtı yada düşüb,Kirpiyimdən varaqlaraiki damla yaş salmışam.2001, 9 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets