Başucalığı
Frankfurt-Vaşinqtontəyyarəsində düşüncələr
Əlli il dolandım torpağın üstə,Heç yanda, heç yerdə mən darıxmadım.Söhbətdə, harayda, sükutda, səsdə,Ən uzaq səfərdə mən darıxmadım.
Bir göy uğultusu, bir boşluq səsi,Darıxdım bu səsdə, küydə darıxdım.Dəysin ciyərimə yerin nəfəsi,Darıxdım boşluqda, göydə darıxdım.
Dolaşım torpaqda, kölgədə, gündə,Məni yerə atın, geri qaytarın.Qoy göylər dayansın öz göylüyündə,Mənə öz anamız yeri qaytarın.
Göydə torpaq yoxdu, göydə vətən yox,Neylərəm gərəksiz, boş ucalığı.Yüksəklər də çoxdu, ucalar da çox,Torpaqdı insanın başucalığı.
2001, 8 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-basucaligi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Özünü yorma, əzizim, belədir ki, hələ ki,Kişilər nakişələrçün kölədir ki, hələ ki.
Əbədi ünvanDəyişir ev-eşik, dəyişir otaq,Görürsən dəyişir mərtəbələr də.
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.