Belədir ki, hələ ki...
Özünü yorma, əzizim, belədir ki, hələ ki,Kişilər nakişələrçün kölədir ki, hələ ki.
İlimiz tək, öxümüz də elə dovşan kimiyik,Bizi bu gürzə ilanlar mələdir ki, hələ ki.
Teleşirkətlər içində əsas ekranımızın,həvəsi, istəyi yaltaq dilədir ki, hələ ki.
Elin ağzında tüpürcək də acından quruyub,Onun ağzındakı, əla lülədir ki, hələ ki.
Çağırın mollanı bu kəndlərə «Yasin» oxusun,Dirilər icrə kəfənli Xilədir ki, hələ ki.
Çilə bizlərdə çıxar onki ilə, qırx günə yox,Bu elin vergisi artar, çilədir ki, hələ ki.
Döşək altında qaçanlar, döşənib dağ döşünə,Kişilik rəmzli bığlar, şələdir ki, hələ ki.
O zaman Kərbübəla idi Hüseynin səfəri,Bu səfər Kərbübəladan kölədir ki, hələ ki.
Ümüdüm Məhşərədir, Qaimədir, leyk sənin.Onu əfsanə sayan cahilədir ki, hələ ki.
17 aprel 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-beledir-ki-hele-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Heyf, mətbularda illərnən yazıb nəşr etdiyim,Haqq söz həsr etdiyim.
Qoşmaİllər pillə-pillə düşür ömürdən,Gənclikdən şirin bir xatirat qalır.
Ən yaxşı yol...İlahi, bu nə qəmdir, nə zülümdür?Ölən bülbülümdür, solan gülümdür.
Yalan çeyniyə-çeyniyəYalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.