Milli ürəklər buz olub, buzdanıb,Dilli «mələk»lər sus olub, susdanıb.

Oğlanımız sürmə çəkəndən bəri,Qızlarımız evdə qalıb, qızdanıb.

Abi-şorandan çoxu şəkkər tutub,Abi-şoran əhli özü duzdanıb.

Sönsə də bəxt ulduzumuz qəm yemə,Bayrağımız zövq ilə ulduzdanıb

Sərvətin üstündə ilanlar yatıb,Marın əliylə neçə mur «tuz» danıb.

İçmədi səndən bu gözüm zərrə su,İçmədiyindəndi gözüm tozdanıb.

Dağı satıb, bağı alandan sora,Bağda qumumtək sifətin bozdanıb.

Ağ kişini arvadı «neqır» doğub.Beynə sızıb qan, kişi nevrozdanıb.

Pünhanı dəfn eylə ayaq üstə ki,Mülk salınıb hər yerə, yer azdanıb.

8 iyul 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vətənimdir

(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.

4 min
Sənə qurban kəsərəm

(Bəhri-təvil)Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.

2 min
Yetmiş il keçdi

(Bəhri-təvil)Yetmiş il keçdi nə keçdi, o da bir işdi bizim əlimizə düşdü və nəhayət dolanıb təxti-Mixailə yetişdi, bu qaban oğlu qaban da yenidənqurma deyib xalqa girişdi və girişdi nə girişdi, zamanın çərxi dəyişdi.

3 min
«Cadu» olunmuş papaqlar

Deyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!

14 min

Poems by other poets