Bəlkə
Dənizə baxıram, sahili qaya,Ölkəyə baxıram, sərhədi hasar.Birini təbiət yaradıb,Birini insan,Biri könül açan,biri könül qanadan.Dənizə baxıram, sahili qaya,Ölkəyə baxıram, sərhədi hasar.Qoymaz meydanımız genişlənməyə,Hasar arzuların başından basar.Tikanlı məftillər dar ağacıtək,Şirin duyğuları boğazdan asar.Təəssüf yandırır dodaqlarımı,Sahilsiz dəniz yox, sərhədsiz ölkə.İçimdə bir dəli ümid göyərir,Sabah bu sərhədlər olmadı, bəlkə...
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-belke-2
Use ← → keys to move, R for a random poem
More by this author
Canımdan bir ağrı keçdi,Hüseyn Arif sağ olaydı.
Muğannadan gələn səsZəng çalındı. Dəstəyi götürdüm. Min illərin arxa -*sından gələn qədim bir səs eşitdim. Səs onun səsi idi.*
Haqq adamıÖmrümün-günümün çoxu yollarda, səfərlərdə, məclislərdə,*maraqlı şəxsiyyətlərlə ünsiyyətdə keçib. Yaddaşa yazılan, ürəyə*
Günlərin ağsaqqalı“Ən əziz, ən şirin, ən acı günlər”*şeirinin müəllifi Cabir Novruza*
Poems by other poets · Nature and spring
یا حضور دوستان مهربان دریافتن
DağlarBahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,