Yenə toylar yaxınlaşır,Bəzənin qızlar, bəzənin.Bəzənmək sizə yaraşır,Bəzənin, qızlar bəzənin.

Fəsillərin yaz vaxtı var,Oğulların saz vaxtı var.Gözəllərin qız vaxtı var,Bəzənin, qızlar bəzənin.

Gül toxunsun yanaqlara,Bal bələnsin dodaqlara.Nur çilənsin otaqlara,Bəzənin, qızlar bəzənin.

Daraq çəkin telinizə,Kəmər vurun belinizə.Xına yaxın əlinizə,Bəzənin, qızlar bəzənin.

Göy çəməndə çiçəksiniz,Gözəlsiniz, göyçəksiniz.Yer üzünə bəzəksiniz,Bəzənin, qızlar bəzənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring