Böyük ziyarət
İsmayıl Qaspıralının ev-muzeyində vəməzarı başında düşüncələr
Türkün böyük oğlu, böyük övladı,Bir yay axşamında evinə gəldim.Dahilər tanıdır ünvanı, anı,Yurduna sevinə-sevinə gəldim.
Ey Krım türkünün sevinci, yası,Ey dünya türkünün fikir babası,Bizi bir olmağa çağıran kişi,Həmfikir olmağa çağıran kişi.
İslamım, imanım, Türküm, Turanım,Misirdə, Qafqazda, Anadoluda,Qədim Türküstanda, doğma KrımdaMəktəb yaradanım, meydan quranım.Canda nəfəs olan, ruhda can olan,Şah sözü, şah fikri “Tərcüman” olan,Boyuna ucalıq biçilən kişi.Haqqın nəzərində, xalqın yanında,Sayılan, sevilən, seçilən kişi.Zərdabi yurdundan salam gətiribEşqinə pərvanə bir insan gəlib.Gətirib ruhunu Azərbaycanın,Mehmanın olmağa Zəlimxan gəlib.
Əyləşdiyin masa, yazdığın qələm,Oxuduğun kitab ziyarətimdi.Böyük bir millətin haqqı yolunda,Çəkdiyin iztirab ziyarətimdi.
Əllərin toxunan, nəfəsin dəyən,Gözlərin oxşayan, ürəyin deyən,Nə varsa hamısı ziyarətimdi.Bir qəlbin qeyrəti, fədakarlığı,Bir xalqın namusu ziyarətimdi.
Qısa görünərdi boyu millətin,Uca oğulları boy atmasaydı.Mürgülü başları silkələməsə,Yatanı vaxtında oyatmasaydı.
Harda yuva salıb, harda kök atıb,Əsliniz, soyunuz ziyarətimdi.Bizim qəlbimizdə, yaddaşımızda,Ucalan boyunuz ziyarətimdi.
Can atdım tarixin qədim yaşına,Sən çıxan zirvəni saxlayammadım.Üzümü sürtəndə qəbir daşına,Gözümün yaşını saxlayammadım.
Tarix qiymət verər, zaman yaşadar,Harda olur olsun haqq oğlu haqdı.Bu gün mənim üçün bir təsəlli var:Məzarın ziyarət, evin ocaqdı.
Krım, Bağçasaray, 2010, 15 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-boyuk-ziyaret
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Xain gözünü çək dərəmizdən, dağımızdan!
AşığınElinən yaradır, elnən yaşadır,Eldi can-ciyəri, eli aşığın.