Kiminsə kölgəsinə,şöhrətinə qısılmaz,Kimin isə əlindən,ayağından asılmaz,Uca dağlar həmişəbasılmazdı, basılmaz, —Dağ başı da heç zamandumansız, çənsiz deyil,Sən varsan bu dünyada,bu dünya sənsiz deyil.

Min illərdi qayalarbir-birinə çataqlı,Qaya meydan sinəli,qaya meydan otaqlı,Allah nə yaradıbsa,hər şey yerli-yataqlı, —An balsız, pətəksiz,bülbül çəmənsiz deyil,Sən varsan bu dünyada,bu dünya sənsiz deyil.

Vaxtımız, zamanımız,ayımız, ilimizsən,Tarix kitablarındadanışan dilimizsən,Gələcək əsrlərəçatan mənzilimizsən, —Dil sözsüz, quş yuvasız,könül vətənsiz deyil,Sən varsan bu dünyada,bu dünya sənsiz deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets