Heydər inamı
Bölünmür, parçalanmır,bütöv olur, tam olur,Nə zaman ki insanınQanında, qeyrətindəsarsılmaz inam olur.Bütün böyük inamlardağın, daşın, qayanın,Günəş adlı qüdrətin,torpaq adlı mayanınTumundan, toxumundan,cövhərindən yoğrulur.Ömür-gün yollarındaƏn çətin imtahanlar,Ən qorxulu sınaqlarbu inamla doğrulur.İnam varsa, həyat var,İnam varsa, həyatdaƏn qatı dumanlarıyarmaq üçün qanad var.İnamı olanlarınQəlbində, ürəyindəÖlçüsüz bir mənzərə,hüdudsuz kainat var.Belə bir inam olduxalqa Heydər inamılMillətə kişi sözü,dövlətə ər inamılAzərbaycan adındabatan bir gəmi vardı,Yaralı ürəklərinçəkilməz qəmi vardı.Gözü nəmdən qurtaran,Qəlbi qəmdən qurtaran,Duyğuları, hisləriDərd, ələmdən qurtaranBir inam gərək idibu xalqa, bu millətə,Son versin, nöqtə qoysunhər ağrıya, illətə.O sənin inamındılYaraya məlhəm oldu,ağrıya əlac oldu,Bu dövlətin haqqınıözünə qaytarmağaBir kişi inamınaarzu, ehtiyac oldu.O inamın eşqinəAydınlaşdı qaranlıq,gecəmiz səhər oldu,Bircə çağrışın iləMillət qalxdı ayağa,Vətən səfərbər oldu.Bu inama güvəndisəsinə səs verənlər,Gözə nur, qola qüvvət,qəlbə həvəs verənlər.Hər çıxışın, hər sözün,söhbətin adı — inamlSevginin, məhəbbətin,qeyrətin adı — inamlİzdihamın, dalğanın,ləngərin adı — inamlDöyüşün, mətinliyin,səngərin adı — inamlQasırğalar önündəqaya kimi sərtləşən,Uca boyun-buxunun,gur səsin adı — inamlSinələri qabardannəfəsin adı — inamlAlacaq qisasınıqarlı qasırğalardan,Bu inam qurtaracaqAzərbaycanı dardan.Alacaq qisasınıkəmfürsətdən, yağıdan,Bu sərt inam olacaqbuludları dağıdan.Alacaq qisasınıhər alçaqdan, vəhşidən,Bu qətiyyət olacaqQarabağı qaytarıböz xalqına bəxş edən.
“Dalğalan, qabar, çəkil,Arazlaş, Kürləş” dedin,“Son qoy ayrılıqlara,yumruqtək birləş” dedin.“Xilaskarı özünsən,düşün, fikirləş” dedin,Ağıl oldun, tac oldunbaşa, Heydər inamılTufanlar, qasırğalarkeçsə də sağ-solundan,Bircə an çəkinmədinhəqiqətin yolundan.Yıxılmaq istəyənintez yapışdın qolundan,Güc verdin bu torpağa,daşa, Heydər inamılYemək istəyən nə çox,yeyilməyə qoymadın,Döymək istəyən nə çox,döyülməyə qoymadın,Sən ki bu məmləkətiəyilməyə qoymadın,Yaşa, Heydər varlığı,yaşa, Heydər inamı!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-heyder-inami
Use ← → keys to move, R for a random poem
More by this author
Yox, sən o yerlərdə doğulmamısan,Sözündən çiyələk qoxusu gəlmir,
OlmazHər dənizdə bərəkət var,Sünbül dönüb ayaq olmaz.
Ürəyim ağrıyır, yaman ağrıyırMən geniş göylərdə süzmək bilirdim,Vurulub torpağa düşmək də varmış.
Nə var durulmağa, təzələnməyəElə ki söykəndin məğrur bir dağa,Qoşuldun bulağın, çayın səsinə,
Poems by other poets · Homeland
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
GörünürHəyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
NəqqaşBir nəfər nəqqaş bir şəhərə getdi. Orada nəqqaşlıqdan əl çəkib,təbabət ağaz qıldı. Bir müddətdən sonra onun vətənindən bir şəxs o