Cavan ömrüm, hər səfərə layiq ol,Həyat səni xeyrə, şərə çağırır.Bircə yerdə necə durum, dayanım,Arzu, dilək min bir yerə çağırır.

Bir də gördün “mənəm” deyən yaşındaFikirlərin duman olur başında.Dayanırsan uçrumların qaşında,Ölüm çəkir, səni dərə çağırır.

Dözümsüzə bir ötərgi səs deyir,Yenilməzi öz qoynuna səsləyir.Dağlar qaşı neçə qartal bəsləyir,Ömrü-günü zirvələrə çağırır.

1976, 13 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets