Camalında qəm pərdəsi
Vallahi, ey Məhəmməd ümməti, mənim bildiklərimisizlər də bilsəydiniz, çox ağlar, az gülərdiniz.Hz. Məhəmməd
Sənin başın nələr çəkib,mənim ulu Peyğəmbərim? —Camalında qəm pərdəsi,gözündə qanlı yaş gördüm.
Əbu Cəhllər cəhlinəölənədək gərdin sinə,Özündə Haqqa aşiqlik,düşmənində təlaş gördüm.
Ruh tanımaz, dil anlamaz,söz götürməz adamlarıƏbu Ləhəblər səfindəhəmişə bağrı daş gördüm.
Böyük ağlın, böyük ruhun,böyük eşqin qarşısındaMünafiqləri aciz,kafirləri çaşbaş gördüm.
İmam Əli qılıncıdıhəqiqətin kəskinliyi,Harda onu seyr eylədim,haqq uğrunda savaş gördüm.
Səbir, təmkin, dözüm, ağılsəninlə bir doğulmuşdu,Bu, Allahın seçimiydi,səni hər yerdə baş gördüm.
Daşa, taxtaya tapınanağıldan küt bəndələrinSənə qarşı süfrəsindəzəhərlə bişmiş aş gördüm.
ök kökKafirlərdən nələr çəkdiHaqqın mömin bəndələri? —Cahillər bu gen dünyanıaqillərə dar etdilər.
İblislərə, naqislərə,şeytanlara yoldaş olub,İlahinin nəzərindəözlərini xar etdilər.
Nə Tövrata, nə İncilə,nə Qurana inandılar,Yaradana asiliyihər yerdə təkrar etdilər.
Cansız bütə can deyənlərcanlı nədir, anlamadı,İnsanları tovladılar,iblislərə yar etdilər.
Yer üzünün şeytanlarıqan eylədi meydanları,Şeytanlığı hünər bilibhər tərəfə car etdilər.
Yaradana istəkləri,sevgiləri yoxa çıxdı,Məkri, kini, küdurəti,yaşatdılar, var etdilər.
Neçə-neçə din düşməniimam, peyğəmbər öldürdü,Haqq adından nazil olanhər nə var inkar etdilər.
ök ök okYaradanın eşqinəqovuşanlar qazandı,Xainlər xəcil olduxəcalətin içində.
Qatillər qılıncınınağzını zəhərlədi,Aqillər işıq olduədalətin içində.
Qəlbinə bircə damlaHaqq işığı düşmədi,Rəzillər batdı getdirəzalətin içində.
Bu dünyaya nə qədərpeyğəmbər gəldi-getdi,Cahillər yenə qaldıcəhalətin içində.
Səkkiz cənnət qapısıaçıq olar üzünə,İnsan rahatlıq taparməhəbbətin içində.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-camalinda-qem-perdesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Adəm ata, Həvva gəldi,Dünya səndə qaldı, getdi.
TapşırıqDilə qafil olma zikri-xudadən,Ruzü şəb mədhini etgilən imla,
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Peyğəmbərin Əli ilə zarafatıBir gecə Yəsrib içrə ali-əbaBir təbəqdə yeyirdilər xurma.