Gördüm bir əl uzandı zülmətdən mənə doğru,Qapımı döydülər ki, ömrün başa yetişdi.

Neçə dəfə can atdım ölümü öldürməyə,Fürsət Əzrayıl adlı ağlı çaşa yetişdi.

Aşından çox yemişəm daşını bu dünyanın,Ağzım aşa yetəndə başım daşa yetişdi.

Yüzdən o tərəfi çox qalmağın şərəfi yox,Nə olsun insan ömrü neçə yaşa yetişdi.

Çoxunun ürəyindən ölməzlik gəldi-keçdi,Ona nə xan qovuşdu, nə də paşa yetişdi!!!

2004, 26 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death