İki fəsil
Ömrümüzdə güllü fəsil başlanır,Gözlərimiz gözəl yaza baxanda.Çiçəklərin bir-birinə göz vurub,Eylədiyi şirin naza baxanda.
Sərt ağrılar qəlbimizə tuşlanır,Bostanımız yavaş-yavaş daşlanır,Ömrümüzdə qəmli fəsil başlanır,Kövrək-kövrək bir payıza baxanda.
2004, 21 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-iki-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Təcnisi-digər
Çıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
GedirəmDurum dolanım başına,Ala gözlü yar, gedirəm.
KeçərBir də yolum düşsə yar otağına,Mənim işim hamı kəsdən saz keçər,
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu: