Mənim dilim layla dili,oxşama dili,Şeir dili, nəğmə dili,sənət dilidi.Yer üzündə nə ki dil var,nə ki dinən var,Hamısına sevgi dili,rəğbət dilidi.

Mayalanıb Savalanınətəklərində,Əzizlənib gözümüzünbəbəklərində,Qılınc olub bir millətinBabəklərində,Hünər dili, kəsər dili,qeyrət dilidi.

Həsrət ilə pıçıldaşarxəzəl dilində,Gözəlləri danışdırargözəl dilində,“Heyrət ey büt!” – nidası varqəzəl dilində,Füzulinin danışdığıheyrət dilidi.

Məcnunlaşıb, Fərhadlaşıb,Şirinləşib o,Dərinlərə işlədikcədərinləşib o.

Sazda dinib, neydə ötüb,şirinləşib o,Dost dilidi, yar dilidi,ülfət dilidi.

Tikələnib, parçalanıb,qəlpələnmişik,Silkələnib, dalğalanıb,ləpələnmişik.Vətən dili olub, yer üzünəsəpələnmişik,Vətən dili qəriblərinqürbət dilidi.

Meydandadı, künc-bucağaqısılan deyil,Özgələrin ətəyindənasılan deyil.Kəssələr də, üzsələr də,basılan deyil,Dil kəsənə, baş kəsənənifrət dilidi.

Oda dönüb damarımdaaxan qanımdı,Qurbanlığı gərək olsa,qurban canımdı.Məhsətimdi, Heyranımdı,Natəvanımdı,Abır dili, həya dili,ismət dilidi.

“Ənəlhəq”qi şərhə sığmaz,bəyana sığmaz,Sərhədsizdi, məkansızdı,məkana sığmaz.

Nəsiminin cahanıdı,cahana sığmaz,Ər dilidi, xalq dilidi,millət dilidi.

Taleyimdən axıb keçirKür-Araz dili,Yaşıl duyğu, yaşıl ağac,yaşıl yaz dili.Qurbaninin oxuduğutelli saz dili,Xətainin yaratdığıdövlət dilidi.

Hər damlanı bir ümmanadöndərib bu dil,Hər sevgini bir dastanadöndərib bu dil.Zəlimxanı Süleymanadöndərib bu dil,Quşlar ilə danışmaqçünsöhbət dilidi.

2002, 20 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets