Yollar
Ha yeridik tapammadıq dilini,Dumanında itdiyimiz yolların.Sağ-solunda ağac olub, daş olub,Çiçək olub bitdiyimiz yolların.
Yolçusu var, dərvişi var, qulu var,Ayağı var, qanadı var, qolu var.Qəbrimizdən o yana da yolu var,Eşqi ilə ötdüyümüz yolların.
Səhra dolaş, dağ addımla, düz yeri,Nişan qalsın ayaq yeri, iz yeri.Yüz qanadlan, yüz havalan, yüz yeri,Sonu yoxdu ötdüyümüz yolların.
2002, 6 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yollar-2
Use ← → keys to move, R for a random poem
More by this author
Qara bulud, örtmə Ayın üzünü,Göyə baxım, işıq görüm, nur görüm.
Ümid yerim tək AllahdıGözlərimi açan gündənağlamışam ömrümə,
Könlü haqdan yayındırmaKönlü haqdan yayındırma,İş içindən iş çıxar.
Heç zaman Allaha qovuşmaq olmurƏllərin yetişmir, əl eyləyəsən,Səsini eşitmir, gəl eyləyəsən,
Poems by other poets
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Gələcəyin toy-bayramıBu gün-sabah al geyəcək təbiətin ilk baharı.Yenə qönçə tutacaqdır könüllərin arzuları.
MürşidYağışla sulanmış gül bağçasında,Şəbnəm parıldarkən lalə tasında,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,