Qar zirvəmdə bəzək, gül ətəyimdə,Torpağın qoynunda yüksələn dağam.Ucayam, ucalmaq istəyənləriHəmişə başımda saxlayacağam.

Eldən ilham alıb hər zaman, hər an,Əlini hörmətlə sıxacağam mən.Dərədən-dərəyə axan sel kimi,Ürəkdən-ürəyə axacağam mən!

Fil adı verirlər sərçəyə bəzən,Qara kəl deyirlər kəlçəyə bəzən,Dözəmmirəm mən.

Adam var nöqtədir gözündə Vətən,Qaza bülbül deyir, səhraya çəmən,Dözəmmirəm mən.

Bunları eşidən, duyan ürəkdir,Neyləyim, ürəksizGəzəmmirəm mən.

1970, 28 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring