Hər çiyin tab gətirməz,Ağır yükdü dərd daşı.Daşıyırsan, həyatdaKişi kimi dərd daşı.

Enər gözə çən kimi,Düşər saça dən kimi.Damla daş dələn kimi,Dəlib deşər dərd daşı.

Əzər-tikər qum eylər,Kotan çəkər, şum eylər.Dərd əridər, mum eylər,Sərt qayanı, sərt daşı.

Mərd yaşamaq gərəkdi,Sərt yaşamaq gərəkdi,Dərd daşımaq gərəkdi,Möhkəm dayan, mərd daşı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets