Nə yaman soyuqmuş torpağın üzü,Canında bir zərrə isti yoxuymuş.Qoynuna çəkdisə qurtardı, getdi,Od-ocaq kəsildi, tüstü yoxuymuş.

Göz yaşı, dərd-nalə, ah-zar aparır,Bizi ölüm çəkir, məzar aparır.Hərəni bir cürə azar aparır,Allahın heç kəslə qəsdi yoxuymuş.

İnsanın zülmünə, bəxtinə baxın,Dərd dalğa-dalğadı, qəm axın-axın.Yenə də insanın torpaqdan yaxın,Torpaqdan istəkli dostu yoxuymuş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death