Eşitməz
Su versəydim, qurumazdıbu ağacın budaqları,Su versəydim, çatlamazdıbu meyvənin dodaqları.Allahınmı qarğışıdı,bəndəninmi günahıdı,Yoxa çıxdı, qaynamadıdağ döşünün bulaqları.
Balta çaldıq tarixinə,yara vurduq yaşına biz,Zirvəsində qartal vurubqan çilədik daşına biz.Elə oyunlar açmışıqtəbiətin başına biz,Eşitməz insan oğlunutəbiətin qulaqları.
2000, 31 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-esitmez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Türk oğluyam
Azərbaycan, yurdum mənimOd püskürən ordum mənim
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı