Təbiət deyirdin
Təbiət deyirdin, bu da təbiət,Bu işıqdan götür, bu nurdan götür.Gələk, ya gəlməyək bir də – ya qismət,Şehdən, mirvaridən, büllurdan götür.
Qarışır şəhərdə adamın başı,Kövrək duyğulara şah ola bilmir.Qaralır qanımız hər addımbaşı,Durulub bir damla şeh ola bilmir.
Burda süd ağlığı, qar təmizliyi,Orda kömür rəngi, his qarası var.Burda təbiətin müqəddəsliyi,Orda cəmiyyətin üz qarası var.
Təbiət deyirdin, bu da təbiət,Fikrini torpağa səp, göyərəcək.Dizinə güc gələr, qoluna qüvvət,Nəfəsin dəyəndə çöl göyərəcək.
Oğulsan, şeirinlə bir oxucuyaBir dağ çeşməsini içirə bilsən.Oğulsan, saflığı sən duya-duya,İnsan ürəyinə köçürə bilsən.
2001, 10 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tebiet-deyirdin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Bu yerdə tapılmazYazıq aşıq, vermə ömrünü zaya,Qədirbilən can bu yerdə tapılmaz.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Hardasa, nə vaxtHardaydı, bilmirəm, gəldik üz-üzə,Gözlər yana baxdı, ürək alışdı.