İldə bir də çıxmaq olar,bir fəsildə beş dəfə də.Təki dolan bulud olsun,təki çaxan şimşək olsun.

Gənclikdə də sevmək olar,cavanlığı ötəndə də,Təki ümid qapısınıaçıb gələn mələk olsun.

Payızda da duymaq olartəbiəti bahar kimi,Təki sənin vurulduğun,sevdiyin bir çiçək olsun.

Bir zərrə qum dənəsindəbir səhranı görmək olar,Təki səndə dünya boydaçırpınan bir ürək olsun.

Zirvə eşqi müqəddəsdi,yarıyolda qoymaz səni,Təki sənin ürəyindəsaf bir arzu-dilək olsun.

Nə təhqirlər, nə zəncirlər,nə kəndirlər sıxmaz səni,Təki sənin istəyincədönən çərxi-fələk olsun.

Sınma, səni sındırmağacəhd eyləsə nadan, naşı,Təki səndə dəmir əzən,zəncir qıran bilək olsun.

Həqiqəti susdurmağagücü çatmaz bəndələrin,Təki ulu Yaradanınözü sənə kömək olsun.

2006, oktyabrKislovodsk

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring