Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsənl(“Nun” və ya “əl-Qələm” surəsi,4-cü ayə)Yaradılışın da əxlaqın qədər gözəldir.(“Hədisi-Şərif”)

Yola tikan atırlar,Tikanları gül bilir.Hamını özü kimiNurlu bir könül bilir.

İşığının üstünəEnir qara pəncələr.Onu qorxuda bilmirƏzablar, işgəncələr.

Yükü alır çiyninə,Dərdi özünə çəkir.Şeytan yana əysə də,Yolu düzünə çəkir.

Kini yaxına qoymur,Sevgi, barış adəti.Suçlunu bağışlamaqƏn böyük səadəti.

O yerinə yetirirOğultək oğulluğu,Yaradanı təbliği,Yaradana qulluğu.

Yaradanın önündəÖzünü bir qul bilir.Ayırmır bir insanı,Qulu da oğul bilir”.

Doğruluq dost qapısı,Xoş xəbərə açılır.Dünyanın tilsimləriPeyğəmbərə açılır.

Yadı da doğmasıtəkÖzünə yaxın bilir.Bəndəyə məhəbbətiQılıncına qın bilir.

Çiçəklərdən zərifdiQadına məhəbbəti.Onlara məlhəm olurNitqinin bəlağəti.

Yoxsulların arxası,Kasıbların pənahı,İmkansıza əl tutar,Tox nəfsi, yox tamahı.

Rəsulda zühur edənMələyin əxlaqıdır.Tanrı hökmüylə dönənFələyin əxlaqıdır.

Əhli-beytin qapısıQış açıqdır, yay açıq.Allah qonaqlarınaQəlbi taybatay açıq.

Nur çilənib qəlbinə,Nur səpilib üzünə.Müşrik möminə dönür,Baxsa onun gözünə.

O, “millətim” demədi,O, “ümmətim” söylədi.Allahın varlığına“Həqiqətim” söylədi.

Asta dinir, danışır,Ucadan gəlmir səsi.Möcüzələr yaradırAllahın möcüzəsi.

Ona məhəbbətiminYox çəkisi, ölçüsü.Əxlaq zirvəsindədirYaradanın elçisi.

Əxlaq ismətdən gəlir,Əxlaq həyadan gəlir,Südlə, sümüklə, qanlaKökdən, mayadan gəlir.

Əxlaq bir tül parçası,Ləkəsiz gül parçası.Sevgiyə ayna tutan,Sevən könül parçası.

Təravətdi — ətri var,Ləyaqətdi — xətri var,Rəbbimizin yanındaQiyməti var, qədri var.

Ülfəti var, mehri var,Cazibəsi, sehri var.Peyğəmbər fərmanındaTanrının öz möhrü var.

Sevgi

Mənlik göstərməz, mən olar,Haqq tarlasında dən olar,Qalxar mələklə tən olar,Coşar Peyğəmbər sevgisi.

Sısqa çayı gurlandırar,Zülmətləri nurlandırar,Yoxsul qəlbi varlandırar,Daşar Peyğəmbər sevgisi.

Nə yönünü şaha tutar,Nə özünü baha tutar,Üzünü Allaha tutar,Yaşar Peyğəmbər sevgisi.

Gör Peyğəmbər əxlaqını

Ürəyini təmiz eylə,Gör Rəsulun əxlaqını.Sevgini bir dəniz eylə,Gör Rəsulun əxlaqını.

İşıq payla zəriflərə,Qol-qanad ol ariflərə,Tamah salma təriflərə,Gör Rəsulun əxlaqını.

Halallıqdan çək balını,Allah soruşsun halını,Heçə say dünya malını,Gör Rəsulun əxlaqını.

Gözlərində cin saxlama,Ürəyində kin saxlama,De haqq sözü, din, saxlama,Gör Rəsulun əxlaqını.

Eşqi Haqdan gələn səs bil,Haqqı doğma bir nəfəs bil,İmanını müqəddəs bil,Gör Rəsulun əxlaqını.

Ərənə dön, ər yolu tut,Nə fitnə, nə şər yolu tut,Uca Peyğəmbər yolu tut,Gör Rəsulun əxlaqını.

Damardan süz, qandan keçir,Ruhda ərit, candan keçir,Qəlbini Qurandan keçir,Gör Rəsulun əxlaqını,Gör Peyğəmbər əxlaqını.

Göylər enibMəhəmmədə sarı gəlir

Aradabir MəhəmməddənuzaqlaşanQoca dünya Məhəmmədəsarı gəlir.Alçaq dünya Peyğəmbəribaşa düşmür,Uca dünya Məhəmmədəsarı gəlir.

Peyğəmbər bu sərt dağlaraçox gələrdi,Dağlar indi Məhəmmədəsarı gəlir.Zaman gəldi min illəriyaxaladı,Çağlar indi Məhəmmədəsarı gəlir.

“Bulanmışam, durult məni”deyə-deyəSular dinib Məhəmmədəsarı gəlir.Silkələnib “Şəqqül-Qəmər”"möcüzəsi,Göylər enib Məhəmmədəsarı gəlir.

Bir ağacın min bir saydabudağı var,Kökü dönüb Məhəmmədəsarı gəlir.Tərəzinin islam gözü ağırlaşır,Yükü dönüb Məhəmmədəsarı gəlir.

Qulaqlarda səs işığı,gün işığı,Uca mələk Məhəmmədəsarı gəlir.Könüllərdə əxlaq nuru,din işığı,Çərxi-fələk Məhəmmədəsarı gəlir.

Uca tutub Haqq eşqini,din adını,İman hər gün Məhəmmədəsarı gəlir.İslam qırır zalımlarıninadını,Zaman hər gün Məhəmmədəsarı gəlir.

Mərhəmət namazınıqılmamaq mümkündümü?

Oğulsansa vurulmailahi gözəlliyə,Bu əxlaqın heyranıolmamaq mümkündümü?Rəhmət yağışlarınıyağdırırsa Yaradan,Dərin dəryalar kimidolmamaq mümkündümü?

Yumşaqların yumşağı,həlimlərin həlimi,Əfəndilər sultanı,aləmlərin alimi.Onun verdiyi dərsi,o keçdiyi təlimiKönül verib, can veribalmamaq mümkündümü?

Ağzından nə çıxırsa,keçir qandan, ilikdən,Sözü ağıldan gəlir,düşüncəsi bilikdən.

Sehrə, ovsuna düşübbu boyda dahilikdən,Tanrının tilsimindəqalmamaq mümkündümü?

Sözünün dad-tamınabal kimi şirin deyib,Zehninə, yaddaşına dərindəndərin deyib,Allahın vergisinəyüz min “Afərinl” deyib,Sonsuz düşüncələrədalmamaq mümkündümü?

Nə ağırdı bu ruhdayoğrulub yapılmamaq,Nə gözəldi bu dindəitmək və tapılmamaq.Gözəl əxlaq deyəndəsəcdəyə qapılmamaq,Vacibət namazınıqılmamaq mümkündümü?

Məkkənin himni

Çağırdıq qadir Allahı,Yazıldı qismət Məkkədə.Çəkdi bizi ziyarətəUlu bir qüdrət Məkkədə.

Həftələr aya qovuşdu,Çeşmələr çaya qovuşdu,Damla dəryaya qovuşdu,Yox oldu həsrət Məkkədə.

Şəkər imiş sözdən ötrü,İşıq imiş gözdən ötrü,Zəmzəm suyu bizdən ötrüOldu bir şərbət Məkkədə.

Fikir fikrə həyan oldu,Səsimizi yayan oldu,Baxanlara əyan olduƏsl həqiqət Məkkədə.

Yerdən göyə məhəbbət var,Göydən yerə mərhəmət var,Haqqa doğru hərəkət var,Bircədi sifət Məkkədə.

Nur yaranıb, zər doğulub,İmam, peyğəmbər doğulub,Əli kimi ər doğulubKəbəsi hikmət Məkkədə.

Dilində Quran ayəsi,Üstündə Haqqın sayəsi,Allahdandı sərmayəsi —Tükənməz sərvət Məkkədə.

Geyindik ehram paltarı,Ağlığı dağların qarı.Yeridik qibləyə sarı,Etdik ibadət Məkkədə.

Sevgi çələngi toxuduq,Ətir daddıq, gül qoxuduq,İmama rəhmət oxuduq,Yezidə lənət Məkkədə.

Aydınlığı Haqqın nuru,Təmizliyi sudan duru,Bu şöhrəti, bu uğuruYaradıb qeyrət Məkkədə.

Əl vuranda qara daşa,Az qalır ki, ağlın çaşa,Nə gördüksə başdan-başaHeyrətdi, heyrət, Məkkədə.

Nahaq yerə ürək yarma,Haqq olmasan, Haqqa varma,Ey insan, cənnət axtarma,Gəzdiyin cənnət Məkkədə.

Baxışlardan nur tökülür,Dodaqlardan dürr tökülür,Hər yerdən şükür tökülür,Yoxdu şikayət Məkkədə.

Tarix qədim, dərgah ulu,Torpaq odlu, çeşmə sulu,Kim olsa Allahın qulu,Çəkməz xəcalət Məkkədə.

Baxın Kəbənin yaşına,Dünya dolanır başına,Toz qonsa bircə daşına,Qopar qiyamət Məkkədə.

Ən uca dövlət kimidir,Ən dadlı qismət kimidir,Allaha xidmət kimidirKəbəyə xidmət Məkkədə.

Hər ürək bir dolu camdı,Hər könül bir yanan şamdı,Sabaha bir ehtiramdıDünənə diqqət Məkkədə.

Bir tanış ol, yaxşı tanış,Qələmim, yaz, dilim, danış.Allah əli toxunmamışYoxdu bir sənət Məkkədə.

Ər demişik ərənlərə,Haqqa könül verənlərə,Məhəmmədi görənlərəVar bir şərafət Məkkədə.

Yaxın gəlməz ağrı-acı,İman olsa başın tacı.Zəlimxan da oldu hacı,Tapdı səadət Məkkədəl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love