Çox baxmısan şəhərlərin rənginə,Dön indi də bu dağlara bax bir az.Əcəl səni keçirməmiş çənginə,Diril bir az, durul bir az, ax bir az,Dön indi də bu dağlara bax bir az.

Bulud kimi oyna dağın başında,Şimşək kimi gurla bir az, çax bir az.Çiçəklərin gözlərinin yaşında,Diril bir az, durul bir az, ax bir az,Şimşək kimi gurla bir az, çax bir az.

Ana yurdun obasına qayit gəl,Həsrətini yandır bir az, yax bir az.Tərlan quşun yuvasına qaylt gəl,Gedənlərə rəhm eyləsin Haqq bir az.Diril bir az, durul bir az, ax bir az,Dön indi də bu dağlara bax bir az.

2003, oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring