Göyçənin gözəl oğlu
Sərdar Kərimovun xatirəsinə
Ömrün bir köçəri quşamı döndü?Baharın çevrilib qışamı döndü?Səni bu dünyadan aparan günü,Əcəlin ürəyi daşamı döndü? –Göyçənin gözəl oğlu!
Yurdumun, elimin öz havasıydın,Bahar təravəti, yaz havasıydın.Təcnisdən, qoşmadan yoğurmuşdular,Sən başdan-ayağa saz havasıydın,Göyçənin gözəl oğlu!
Qohumun şirini, dostun xasıydın,Yaralı Göyçənin dərdi, yasıydın.Sazınla, sözünlə, şeiriyyətinlə,Yaralı Göyçənin bir parçasıydın,Göyçənin gözəl oğlu!
Göyçə bütövümüz, Göyçə paramız,Göyçə sızıltımız, Göyçə yaramız,Göyçə əlimizdən hansı gün gedib,O gündən sevinclə yoxdu aramız,Göyçənin gözəl oğlu!
Dağılan şəhəri, köçən kəndi var,Yıxılan hasarı, uçan bəndi var.Nə sən tapa bildin, nə mən açmışam,Tanrının açılmaz qıfılbəndi var,Göyçənin gözəl oğlu!
Əcəl nə tez döydü qapını, qardaş,Üzdü ürəyinin sapını, qardaş?Cəbrində insaf yox, qəbrində işıq,Kim yapıb bu qədim yapını, qardaş? –Göyçənin gözəl oğlu!
Zəmilər sünbülə, dənə gələydi,Sağlığın qayıda, dönə, gələydi.Dost dərdi çəkəydim, yüngülləşəydim,Azarın bir az da mənə gələydi,Göyçənin gözəl oğlu!
Sevgini min əriş, min arğac eylə,Canın sağlığını başda tac eylə.Həkimsən, dərman tap, loğmansan – çara,Dur özün-özünə bir əlac eylə,Göyçənin gözəl oğlu!
Məni məndən artıq duyan Sərdarım,Şeirimə, ruhuma həyan Sərdarım,Təzə sevgi şeiri yazıb Zəlimxan,Onu özün oxu, oyan, Sərdarım, –Göyçənin gözəl oğlu!Göyçənin çiçək oğlu!Göyçənin mələk oğlu!
2004, 6 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-goycenin-gozel-oglu
Use ← → keys to move, R for a random poem
More by this author
Allah, xoşbəxtliyi tək mənə vermə,Əlləri ümiddən üzülənə ver.
Qoşa Qurbanım varDumduru çeşməyə dönmək istərəm,Əyilib gözümdən bir içən olsun.
Gedənlərə rəhm eyləsin haqq. bir azÇox baxmısan şəhərlərin rənginə,Dön indi də bu dağlara bax bir az.
Sözümə baxmasan, taleyimə baxNə mən xırd satanam, nə sən xırd alan,Döndərmə bu evi dükan-bazara.
Poems by other poets
Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,